Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə ailə qurur.
Türkiyə mətbuatı xəbər verir ki, cütlüyün toyunun vaxtı və məkanı bəlli olub.
Belə ki, Öykü və Fatih iki gün sonra Bakıda toy edəcəklər.
Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanmışdılar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb.







скачать dle 12.1