""Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olur”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, İraq, Suriya, Qafqaz, Fələstin kimi ərazilər Türkiyə üçün könül çoğrafiyasıdır və ölkəsi burada addımlarını bu prinsipə əsasən atmağa davam edəcək.

Ərdoğan onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı hər keçən gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb və Türkiyə bütün sahələrlə birlik və həmrəyliyi təmin etmək üçün səylər göstərir:

“Qarabağda əldə edilənlər birlik və bərabərlik içində atılan addımların hansı nəticələrə gətirib çıxardığını bizə göstərdi. Təəssüf hissi ilə deməliyəm ki, Qəzza məsələsində hələ ki, belə bir güc yarada bilmədik”.скачать dle 12.1