İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda baş verən zəlzələ nəticəsində yaralananların sayı 71 nəfərə çatıb.
Bu barədə Sistan-Bəlucistan əyalətinin Fövqəladə hallar üzrə baş idarəsi məlumat yayıb.
Xatırladaq ki, bu gün İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi sayılan Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib.
Mənbə: Tasnim
09:28
İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi sayılan Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə İran mətbuatı xəbər verib.
Yeraltı təkan Zahedan şəhərindən 18 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanların olduğunu bildirsələr də, hələlik onların sayı barədə məlumat verilmir. 

Mənbə: Tasnimскачать dle 12.1