Bakıda istirahət mərkəzinin ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda istirahət mərkəzinin ərazisində hər mərtəbəsi 600 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 44 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1