Bakı-Sumqayıt şosesində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

"Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətlə "Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.
 

скачать dle 12.1