Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Hadisə Eldar Babayev küçəsində baş verib.


"Toyota” markalı avtomobilin sürücüsü qarşısına qəfil nəqliyyat vasitəsi çıxdığı üçün idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil daş hasarı dağıdaraq arxada hərəkətsiz dayanan "Mersedes-Benz”ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Parkinq xidmətinə məxsus daş hasar isə uçub.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1