Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Əflatun Əkbərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı Ə.Əkbərov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Seymur Mehdiyev, həmçinin Seymura satış üçün bu maddələrin verən İntiqam Cabbarov da saxlanılıblar. Həmin şəxslərdən isə sellofan bükümlərdə “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Narkotik satan məşğul olan 3 nəfər saxlanıldı
26
yanvar
00:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat