İş adamı Maqsud Mahmudovun barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Maqsud Mahmudovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarış elan edilib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən ikisi müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Məşhur müğənniləri şantaj edən Maqsud Mahmudovla bağlı qərar
06
oktyabr
12:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat