Xəzər rayonu, Türkan qəsəbəsində keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında “Shacman” markalı 90 TL 580 və “Howo” markalı 77 FD 821 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz qum daşındığı müəyyən edilib.
Bunu açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.
O qeyd edib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Elmin Əliyev və Xaliq Abdullayev olduğu məlum olub.
"Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb. Ərazinin nəzarətdə saxlanılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinə və Xəzər Rayon Polis İdarəsinə müraciət olunub”, - o bildirib.
  • Bakıda qanunsuz qum daşındığı müəyyən edildi - FOTO


скачать dle 12.1