İsmayıllı rayon sakini itlərin hücumuna məruz qalıb.
"Unikal"ın məlumatına görə, bu gün rayonun Qubaxəlilli kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aidə İlyas qızına yaşadığı evin həyətində itlər hücum edib. Sahibsiz küçə itləri yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər.  
O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur.скачать dle 12.1