Şəki Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Sevinc Bağırova və onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Sevinc Bağırovanın beş il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası altı il altı ay müddətinə, Bağçagül Əliyevanın beş il müddətinə azadlıqdan məhrumetmə cəzası altı il müddətinə artırılıb.
İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə oğurlayıb.
Daha sonra hər iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Baldızının evindən oğurluq edən qadının cəzası artırıldı
14
avqust
18:25

Qarabağ
KOMMENTLƏR
Məhkəmə keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar çıxardı
Xalası qızına qarşı dələduzluq edən qadınla bağlı QƏRAR
Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında
Bakıda 7 yaşlı uşağı öldürmək istəyən gənclə bağlı QƏRAR
DTX-nin həbs etdiyi sabiq Xidmət rəisinin cəzası yarıya endirildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat