Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İlqar Akif oğlu Mahmudov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
O, çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.скачать dle 12.1