Daha bir qazini itirdik. Birinci Qarabağ savaşının könüllü iştirakçısı Balakəndən olan qazi Novruz Abdullayev vəfat edib.

Bu barədə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi Balakən şöbəsinin sədri Sarvan Şibliyev məlumat verib.

Keçmiş döyüş yoldaşının döyüşlərə könüllü qatıldığını deyən Sarvan Şibliyev onun dastanlara sığmayan döyüş yolu keçdiyini, bir neçə dəfə düşmənlə əlbəyaxa olduğunu bildirib.

Cəbhədə onlarla yaralı döyüş yoldaşını xilas edən Novruz Abdullayevin birinci qrup müharibə əlili olduğunu deyən keçmiş döyüşçü onun sayəsində bu gün sağ qaldığını bildirib.

Qazımız dünən yüzlərlə insanın iştirakı ilə Balakənin Hənifə kənd qəbiristanlığında dəfn olunub.




скачать dle 12.1