Sumqayıtda marşrut avtobuslarında cibgirlik edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, H.Z.Tağıyev və Kimyaçılar qəsəbələri ərazilərində marşrut avtobuslarında üç nəfərin içərisində pulu, bank kartları və sənədləri olan cüzdanları oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Tağıyev və A.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.скачать dle 12.1