“Turan Tovuz” və “Kəpəz” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra insident baş verib.
“Report”un məlumatına görə, final fitinin ardından futbolçular arasında dava düşüb.
Azarkeşlər meydana girməyə cəhd göstərsə də, polislər bunun qarşısını alıblar. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə yekunlaşıb. Tovuz klubu ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.




скачать dle 12.1