Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub.
28 yaşlı oyunçunun çıxış etdiyi “CSM Luqoj” finalda “CSM Tarqoviste”ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.
Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
Qeyd edək ki, “CSM Luqoj” cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.
скачать dle 12.1