Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.
"BakuPost"un əldə etdiyi məlumata görə, həmin toy məclislərindən birini "Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.
Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.
Bu gün Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat da yayılıb. Məlumatda toy təşkilatçılarının saxlanıldığı qeyd olunsa da, toy sahibinin kimliyi açıqlanmayıb.
"BakuPost”un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda toy məclisi keçirənləri də müəyyənləşdirib. Rəsmi məlumat yayıldıqdan sonra həmin görüntülərin kimin toyuna aid olduğu, eləcə də Axundovların toy məclisinin harada keçirildiyi məlum olacaq.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin "qırx" mərasimlərinin çəxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər
Karantində toy edən məşhur iş adamı imiş -Adı niyə gizlədilib?
05
dekabr
10:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat