Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın gündəlik tələbat malları  sektorunda 16 minə yaxın əməkdaşı olan, biznes şəbəkəsidir. 
Şirkətlər Qrupuna Azərbaycanda ”Veysəloğlu”, Türkiyədə fəaliyyət göstərən "VT" (Veyseloglu Turkey) və Gürcüstandakı “VG” (Veyseloglu Georgia) distribüsiya şirkətləri, eləcə də “ULDUZ”  şokolad fabriki, “XONÇA” şirniyyat evi, “AVT LOGISTICS”, “AVT Construction”, “AVT Nəqliyyat”, “V-Trade” topdansatış, “Vesta-Horeca” şirkətləri, həmçinin “ENTRÉE Azərbaycan” kafe, “ARAZ” supermarketlər və “OBA” marketlər şəbəkələri daxildir.
Təsəvvür  edirsiniz  16 min əməkdaşı olan bu boyda şirkət Qarabağda  qanlı müharibənin getdiyi günlərdə, əsgərlərimizin şəhid olduğu vaxtda Salyan rayonunda  zurna-qavalla, konsertlə yeni mağazanın açılışını bayram edirdi. 
Birincisi, şirkətin rəhbərliyi başa düşmür ki, həmin günlərdə evlərə şəhid tabutları gəlirdi, xalqımız ağır matəm əhvalında idi. Belə zamanda bayram etmək, təntənəli açılış keçirmək nəyə lazım idi..? 
Lap hər şeyi bir kənara qoysaq, axı şirkətin özünün 16 min əməkdaşının yəqin ki, bir neçəsinin evinə də əsgər tabutu gəlmişdi. Öz əməkdaşlarına  hörmət qoymayan şirkətdən milli təəssübkeşlik gözləmək bəlkə də yersizdir. 
Bu məsələnin milli-mənəvi tərəfi. 
İndi isə problemə  başqa rakursdan yanaşaq. 
Sivil Avropanın ayrılmaz hissəsi olan Türkiyədə, Avropa Birliyinə daxil olmağa real namizəd olan Gürcüstanda fəaliyyət göstərən Veysəloğlu  şirkəti  sivil, müasir dəyərlərə obrazlı desək, Mirzə Cəlilin “Danabaş kəndinin” pəncərəsindən baxır. 
Şirkətlə  bağlı hər hansı tənqidi məqalə, obyektiv araşdırma yazısı anındaca  saytlardan silinir. 
Təsəvvür edirsiniz  özünü bu qədər reklam edən şirkətə məxsus “Ulduz”  fabrikinin  şokoladlarının içindən qurd çıxır, özü də bir neçə dənə. Və bu görüntülər  mediada yayılan kimi şirkətin media maklerləri işə düşür, yazılar və şəkillər silinir. 
Bunlar başa düşmür ki, yazını silməklə problem həll olunmur. 
Şirkətə məxsus OBA marketinin ucuz və keyfiyyətsiz qida məhsulları, sosiskaları bütün dönərxanaları zəbt edib. Hələ heç nəyə yaramayan yuyucu tozları, paroşokları alıcıların səbrini daşırıb. 
Biz dünyanı bürüyən pandemiya dövründə  süni qiymət artımını qeyd etməyə bilmərik. 
Şirkətin  gömrük rüsumlarından, vergidən yayınmağı isə daha ciddi məsələdir. Bu barədə müvafiq orqanların  tədbir görməsinə xüsusi ehtiyac var. 
Şirkətin mağazalarında satılan meyvə-tərəvəzin qiymətləri isə lap kəllə-çarxa qalxıb. 
Veysəloğlu şirkətinin  mağazalarında satılan müddəti keçmiş, standartlara cavab verməyən,  alıcılar üçün  təhlükəli olan  ərzaq məhsulları görəsən, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin diqqətini niyə cəlb etmir ? 
Bu suala növbəti yazıda cavab tapmağa və agentliyin əməkdaşlarının mövqeyini öyrənməyə çalışacağıq.скачать dle 12.1