İlham Cəfərov Ali Məhkəmənin sədri olmaq üçün niyə hörmətli Samir müəllimin adını hallandırır ? 

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin sədri  İlham Cəfərov  2007- 2008-ci illərdə  Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini, 2008 – 2017-ci  illərdə  Ali Məhkəmənin hakimi olub, 2017-ci ildən isə  Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədridir. 
Bu adam  17 yaşında Naxçıvanda məhkəmədə məsləhətçi işləyib. 
Adama deyərlər  16 yaşlı uşaq kimdir ki, Muxtar  Respublikanın məhkəməsində məsləhətçi işləsin. 
Sonradan Naxçıvan MR Ali Məhkməsində sədr müavini olub. 
Bu adam Metropolitenin sabiq rəisi Tağı Əhmədovun xalası oğludur. 
Deməli, bir gün Tağı müəllim İlham Cəfərova deyib ki, xalaoğlu, bura əyalətdir, gəl səni aparım, Bakıda mühüm vəzifəyə. 
Və beləcə, Tağı Əhmədov xalası oğlu İlham Cəfərovu Ali Məhkəməyə hakim vəzifəsinə gətirib. 
Adama deyələr, metro Tağı hara, Ali məhkəmə hara ?
Bu adamlar başa düşmür ki, Ali Məhkəmə ölkədə ən yüksək səlahiyyətli orqandır və məhkəmə qərarları DÖVLƏT-in adından çıxarılır. Metropoliten isə trolleybus, tramvay idarəsi kimi bir şeydir. 
İlham Cəfərov da xalası oğlu Tağı kimi özündən çox razı, kobud, ətrafındakıları aşağılamaq  xasiyyətinə malikdir.  
Tağı Əhmədov  xalası nəvəsi, yəni İlham Cəfərovun oğlunu da xarici ölkələrin birindən Bakı Dövlət Universitetinin hüquq  fakültəsinə “perevod” edib. Həmin “xalanəvəsi”  hazırda Prezident Administrasiyasında işləyir. 
İlham Cəfərovla bağlı bir məsələyə də münasibət bildirmək istəyirik. 
Deməli, İlham Cəfərov  vəzifəsinə və şəxsiyyətinə hörmət bəslədiyimiz  Samir müəllimin adını hər yerdə hallandırır.  Və deyir ki, məni  Nəsimi məhkəməsinə “Müəllim”  gətirib, yaxın zamanda Ali Məhkəmənin  sədri  olacam, Ali Məhkəmənin sədri Ramiz Rzayevin  kreslosunda oturacam. 
İlham Cəfərov ! Hər bir Azərbaycan vətəndaşının istənilən vəzifəni tutması onun konstitusion hüququdur. 
Sədr ol, sənə kim nə deyir ki… 
Amma hazırda tutduğun vəzifə- Nəsimi rayon məhkəməsinin sədri mühüm vəzifədir. Sən bu vəzifədə nə iş görə bildin ki, Ali Məhkəmə sədri olmaq istəyirsən..? 
Nəsimi kimi mühüm rayonda dövləti təmsil edən heç bir rəhbər şəxslə normal münasibətin yoxdur, hətta adi vətəndaşları qəbul etmirsən, özünü ''gestapo'' kimi aparırsan. 
Sən bununla Ali Məhkəmə sədri olmaq istəyirsən ? 
Bizə elə gəlir ki, hazırkı vəzifən sənin sonuncu “stoyankan”-dayanacağındır.скачать dle 12.1