“Doxtur”  ləqəbli  kollec direktoru  bir gün mənimsədiyi milyonların əvəzini həbsxanada ödəyəcək…

O, Əli Həsənovun köməkliyi ilə Sumqayıt Tibb Kollecinin direktoru oldu…


Sumqayıt Tibb Kollecinin direktoru  Rəfael Eyvazovdan söhbət düşəndə, rəhmətlik  Mirzə Ələkbər Sabirin “Satıram” şeiri  yada düşür:
Yaz bu elanımı da bir kağaza:
Açmışam Reydə geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram, 
Ay alan! Məmləkəi-Rey satıram ! 
....................................................
Kimə nə dəxli ki, mən şey satıram?!

Bəli,  Rəfael Eyvazov deyir ki, pul qoyub Kollec açmışam, “Gündəlik-Bakı”ya nə dəxli var ki, qayıb satıram, imtahan satıram, dərs satıram, kurs sertifikatı satıram, hətta tender satıram...
Bu adam sanki  satmaq üçün doğulub.
 
Qısa məlumat üçün qeyd edək ki, Əziz  Əliyev adına Sumqayıt Tibb Məktəbi respublikanın orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır. 
İlk dövrlər məktəb 2 fakültə, 90 tələbə, 10 müəllimlə fəaliyyət göstərmişdir. 
Səhiyyə Nazirliyinin  2010-cu il tarixli əmri ilə  Sumqayıt Tibb Məktəbi  Sumqayıt Tibb Kolleci adlandırılıb. 
Hal-hazırda Sumqayıt Tibb Kollecində 4 ixtisas üzrə (tibb bacısı, feldşer, mama, əczaçı) kadr hazırlığı həyata keçirilir.
Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və məktəbin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılmış, əyani vəsaitlərlə təchiz olunmuş müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılmışdır.
Sabiq  səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Gördünüzmü, son illərdə  dövlətin ayırdığı  vəsaitin hesabına  kollec üçün yeni korpuslar tikilib, müasir avadanlıqlar alınıb, hətta kollecin nəzdində TƏKMİLLƏŞMƏ  KURSLARI açılıb..
Elə bil ki, bu boyda vəsaiti  Rəfael Eyvazovun dədəsi-babası qoyub ki, nəvəsi  pul qazansın...Vallah deyiləsi dərd deyil. 
Təsəvvüvr edirsiniz, Bakıdan, Sumqayıtdan, yaxın regionlardan yüzlərlə, minlərlə tibb işçisi kollecə təkmilləşmə üçün  oxumağa gəlir. 
Bu tibb işçilərinin çoxunun adı kağız üzərində olur, nə kursa gəlmək, nə oxumaq...
Hamısı  Rəfael Eyvazovun  pulunu verib axırda təkmilləşmə kursunu bitirməklə bağlı  sənəd alırlar. Vəssəlam, şüttəmam. Rəfael Eyvazov isə təkmilləşmə adı altında yüz minləri  mənimsəyir. 
Ümumiyyətlə,  Rəfael Eyvazov  hər tələbənin dərsə gəlməməsinə görə,  yəni 1 qayıba görə, 5 manat alır.
Deməli, tələbənin 10 qayıbı varsa, 10 x 5 = 50 manat. İndi bu rəqəmi vurun tələbələrin sayına...
Kollecdə keçirilən imtahanların öz qiyməti var:
Kafi almaq 30 manat, yaxşı qiymət 50 manat və əla almaq 70 manat. 
Bütün bunlar azmış kimi, Rəfael Eyvazov  kollecə alınan avadanlıqların, inventarların  satınalınılması üşün saxta tenderlər təşkil edərək, dövlət vəsaitini özünə yaxın şirkətlərə verərək, öz faizini, yəni  “otkat”ını  qazanır. Hətta  qiymətləri  şişirdərək, dövlət  vəsaitini mənimsəyir. 
Bəli, cənab Prezident  məhz  bu məsələ ilə bağlı konkret olaraq  xəbərdarlıq edib:
“Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, bu  rəqəmi haradan götürürsən ? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.
Bəli, cənab Prezidentin xəbərdarlığına baxmayaraq  direktor  Rəfael Eyvazov öz əməllərini davam etdirir. 
Hamı təəccüblənir ki, görəsən, cənab direktor kimə arxayındır ki, belə  özbaşınalıq edir. 
Deyilənlərə görə, cənab direktor  arxasını xeyli vaxtdır, millət vəkillərindən birinə  söykəyib. Və bu arxayınçılıq ona əlini-qolunu açmağa imkan verir. 
Yeri gəlmişkən, Rəfael  Eyvazov Lənkəran Dövlət Universitetində ( LDU ) prorektor olanda da arxasını Əlikram Hümbətova söykəmişdi. 
Bəli, Rəfael Eyvazov 1992-ci ildə  cəbhəçilərin vaxtında, daha doğrusu, Əlikram Hümbətovuin əli ilə LDU-da prorektor olub. Və rüşvətxor kimi ad çıxarıb. 
Rəfael  Eyvazovun  başqa bir “iri dostu”  da var idi. 
Yəqin yaşlı nəsil Viktor Polyaniçkonu xatırlayır. 
Polyaniçko  1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi, sonra  Qarabağda təşkil olunan xüsusi komitənin başçısı olub, Əlikramla yaxın olublar. 
Eyni zamanda  Rəfael Eyvazov  Polyaniçkonun şəxsi həkimi olub. İndi bildinizmi  “doktor”un Rusiya ilə hər cürə, biznes və digər əlaqələri var. 
Beləliklə  LDU-da prorektor kimi çalışan Eyvazov  Əlikram həbs olunanda və  Polyaniçko  qətlə yetiriləndən sonra özünə  təzə dostlar axtarıb. Və tapıb. 
Rəfael Eyvazovun  təzə dostu   Prezidentin o zamankı köməkçisi  Əli Həsənov olub. 
Beləliklə  Rəfael Eyvazov yenidən vəzifə sahibi olmaq istəyib. Və onun bu arzusunu Əli Həsənov reallaşdırıb. 
Beləcə, həm də Əli Həsənovla quda olan Rəfael Eyvazov Sumqayıt Tibb Kollecinin direktoru olur. 
Bu gün Əli Həsənov vəzifəsindən uzaqlaşdırılsa da, köhnə dostlarının  hesabına  Rəfael  Eyvazovu  qoruya bilir. 
Amma Rəfael  Eyvazov unudur ki, Əli Həsənovun  başı  özünə qarışıb, daha  Əli Həsənov onun dadına yetişə bilməyəcək və  “doxtur”  mənimsədiyi dövlət vəsaitlərinin  bədəlini  həbsxanada ödəməli olacaq. /Gundelik-baku.com/скачать dle 12.1