Əli Həsənovun  qaynı  Ədalət Vəliyev 36 milyonu necə ödədi ? 

Əli Həsənov  8 yaşlı uşağın qanını necə batırdı…? 


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru, hazırda həbsdə olan  Vüqar Səfərlinin apellyasiya şikayəti  cəmiyyətdə böyük rezonans  doğurub. 
Belə ki, Vüqar Səfərli öz şikayətində konkret olaraq bildirib ki, mən pulları Əli Həsənovun oğlu Şamxal Həsənliyə vermişəm. 
Vüqar Səfərli qeyd edib ki, mən Əli Həsənova məxsus binada icarəçi  olmuşam və vaxtında icarə pulunu ödəmişəm. Bu bütün müqavilə sənədlərində öz əksini tapıb. 
Səfərli  deyir: “ Məlum edirəm ki, həmin binada yerləşən dövlət hesabına maliyyələşən digər qurumlar DAHA BAHA  qiymətə fəaliyyət göstəriblər və hazırda da anoloji qiymətlərlə fəaliyyət göstərməkdədirlər. Bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş “Azərmətbuatyayımı" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb”. 
Vüqar Səfərlinin dediklərindən bəlli  olur ki, bütün pullar Həsənli Şamxal Əli oğlunun hesabına köçürülüb. 
Vüqar Səfərli konkret olaraq deyir ki, milyonları mən yox, Əli Həsənov və oğlu talayıb. 
Vüqar Səfərli soruşur ki, əgər o pulları mən talamışamsa, nə üçün dəymiş zərəri, yəni 36 milyonu Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qardaşı Ədalət Vəliyev ödəyib ? 
Təsəvvür edirsiniz, Əli Həsənovun qaynı Ədalət Vəliyevin 36 milyonluq mülkiyyəti var. Bu onun malik olduğu əmlakın cüzi bir hissəsidir. 
İndi Əli Həsənovun özünün, həyat yoldaşı Sona xanımın, oğlu Şamxalın mülklərini təssəvür edin. 
Vüqar Səfərli öz şikayətində qeyd edir ki, jurnalistlər üçün tikilən binanın mənə dəxli yoxdur, bütün işləri “Portos” MMC edib. Və bütün göstərişləri Əli Həsənov verib. 
Sözün qısası, Vüqar Səfərli məhkəmədən tələb edir ki, Əli Həsənov, oğlu Şamxal və qaynı məhkəməyə çağırılıb, cinayət məsuliyyətinə cəlb edilməlidir. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Vüqar Səfərlinin dediklərinin loru dildə  “tərcüməsi” budur ki, mənim heç bir səlahiyyətim olmayıb, hər şeyi Əli Həsənov edib. 
Qlsa və konkret. 
Deməli, qarşıda Əli Həsənovu və onun ailə üzvlərini məhkəmə prosesi gözləyir. 
Bu məqamda bir epizodu  xatırlamamaq olmur. 
Deməli, bir neçə il öncə canlı yayılan möhtəbər bir tədbirdə Əli Həsənova zəng gəldi. Ortada Əli Həsənov və yanında Vüqar Səfərli oturmuşdu. Zəng gələn kimi Əli Həsənov tədbiri tərk etdi və Vüqardan başqa heç kim ayağa qalxmadı...
Vüqar  ayağa qalxıb  Əlini yola salanda…dedim hə, sən getdin, ay Vüqar..
Nə isə, zaman mənim qənaətimi təsdiq etdi. Və qısa müddət sonra Vüqar Səfərli getdi…
Bəli, həm hüquq, həm qanunların aliliyi, həm haqq və ədalət deyir ki, Əli Həsənovun həbsi qaçılmazdır. 
Nə olsun ki, Əli Həsənov hər yerdə deyir ki, ABŞ-ın sabiq prezidenti Barak Obama ilə oxumuşam, o imkan verməz ki, məni həbs edələr və s. 
Amma Əli Həsənova deyirik ki, bizim həbsdən azad olunmağımıza haqsız olaraq nə qədər əngəl olmusansa, biz də sənin məhkəmədə cavab verməyin üçün o qədər sənə “dəstək” olacağıq. Bunu unutma. 
Əli Həsənov başını dəvəquşu kimi quma soxub elə bilir ki, onun əməllərini görən yoxdur. 
Hüseyn Cavid prospektinin sonundakı və Statistika Komitəsinin yaxınlığındakı möhtəşəm obyektlərindən elə bilirsən xəbəri olan yoxdu?
Bəlkə, Allah xatirinə Xətai Estetik Klinikasında 8 yaşlı uşağın ölümünü  sənə xatırladaq ?
O uşağın nə günahı var idi, ay Əli Həsənov ? 
O uşağın qanını batırmaq üçün   haralara zəng vurmurdun ? 
O uşağın valideynləri susmurdu, sən onları susdurdun. 
İndi eyni aqibət səni gözləyir.
Hazır ol, Əli Həsənov. Amma xaricə müalicə adı ilə, qaçma. /Gundelik-baku.com/скачать dle 12.1