Oxucunu yormadan qısa məlumat üçün qeyd edək ki, QİYMƏT anlayışı mürəkkəb iqtisadi  məhfumdur. 
Hətta uzun illər  yaşadığımız  Sovetlər Birliyində “Qiymət Komitəsi” ( Qostçen ) deyilən  böyük bir dövlət  qurumu  fəaliyyət göstərirdi. 
Yəni istənilən məhsulun, ya da xidmətin maya dəyəri, real qiyməti və s  deyilən elementlər var. 
Qiyməti süni şəkildə şişirtməklə deyil. 
Ümumiyyətlə, bütün dünyada  qiyməti bazar,  daha doğrusu, TƏLƏB-TƏKLİF müəyyən edir. Yəni inzibati yolla qiyməti qaldırmaq və endirmək mümkün deyil. 
Tələb artırsa, qiymət də artır, tələb azalırsa, qiymətlər də düşür. 
Bu adına bazar iqtisadiyyatı dediyimiz liberal iqtisadiyyatın qanunudur. 
Ancaq istisna hal kimi 70 il mövcud olan SSRİ-də dövlət qiymətlərə inzibati yolla müdaxilə edirdi. 
Belə ki, çox vacib istehlak malları olan çörəyin, unun, yağın və məhsulların qiyməti dövlətin nəzarətində idi ki, əhalidə narazılıq olmasın. 
Bir məsələni də loru dildə izah edək ki, problem tam aydın olsun. 
Mixail Qorbaçovun 80-cı illərdəki  alkoqolla mübarizəsi zamanı  maraqlı bir məsələ ortaya çıxmışdı. 
Belə ki, üzümçülüyə vurulan zərbədən sonra  spirtli içkilər bahalaşdı. 
Və ruslar  QƏND və AGAC vasitəsilə  gizli yolla  SPİRT  çəkməyə başladılar. 
Niyə..?
Bax, əsas məsələ budur. 
Qəndin qiyməti ucuz olduğu üçün bunu görən  cinayətkar dəstə bu fürsətdən istifadə etməyə başladı. 
Bəs  sonra nə oldu..?
Qəndin qiyməti qaldırılan kimi...artıq  bu proses söndü. 
Yəni adamları tutmaqla, asmaqla deyil....sadəcə qəndin qiymətini qaldırmaqla...problem həll olundu. 
Çünki ucuz yolla  spirt əldə etməyin “qapısı”  bağlandı. 
Bütün bunları, hətta loru dildə yazmağımızın məqsədi odur ki, QİYMƏT məsələsi çox həssas məsələdir. 
Bəli, hazırda  Azərbaycan dövlətinin siyasi kursu bəllidir ki, azad bazar və liberal iqtisadiyyat. 
Amma dövlətimiz  müəyyən çətinlikləri nəzərə alaraq  kommunal xədmətlər ( qaz, işıq, su ), un və un məhsulları, yanacaq  və digər məhsulları hələ də inzibati yolla tənzimləyir. 
Yəqin ki, nə zamansa, bu məsələ başa çatacaq, yəni qiymətlər tam liberallaşacaq.  
Ancaq hazırda  bu  məsələ reallıqdır. 
Və bu  qiymət məsələsini  ildə bir neçə dəfə Tarif Şurası dediyimiz qurum yığışaraq  qərar verir və qiymətlər  dəyişdirilir. 
Məlumdur ki,  «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il  tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası (bundan sonra - Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir. 
Amma  son vaxtlar baş verənlər onu göstərir ki, bu məsələyə yenidən qayıtmaq və daha ciddi qərarlar qəbul etmək lazımdır. Əks təqdirdə  cəmiyyətimizi  daha ciddi problemlər gözləyir. 
Belə ki, bir neçə gün əvvəl  Bakının mərkəzində Səbail rayonu  ərazisindəki  “Location”   gecə klubunda güclü partlayış oldu. Ölənlər və xeyli sayda yaralananlar var. 
Güclü partlayışa səbəb nə idi ? 
Gecə klubunda  propan qaz balonundan istifadə edilmişdi. 
İndi keçək əsas mətləbə. 
Sahibkar niyə mətbəxdə  ən rahat enerji növü olan elektrik enerjisindən, yaxud  təbii qazdan istifadə etmir..? 
Axı, elektrik enerjisi  tam təhlükəsizdir. 
Səbəb qiymətdir. 
Sahibkar məcbur olur ki, ucuz, amma TƏHLÜKƏLİ propan-balon qazından mətbəxdə istifadə eləsin. 
Bu isə ciddi  faciələrə  gətirib çıxarır. 
Biz  yuxarıda  QƏND-SPİRT məsələsini əbəs yerə yada salmadıq ee...
İqtisadçılar  bu məsələni ciddi müzakirə etməlidirlər. 
Ölkənin qanunverici orqanı olan Milli Məclis  iqtisadçıların iştirakı ilə bu məsələni müzakirə edib ciddi qərarlar qəbul etməlidir. 
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1