Xəbər çıxdı ki, bir qrup məcburi köçkün “Qaçqınkom”un baş qərargahı qarşısında  toplaşıb – elə bildim, qaçqınlar Qarabağın azad edilməsi tələbilə etiraz aksiyası keçirir...”
Öyrənəndə ki, ev və ticarət obyekti davası imiş, yadıma düşdü ki, mən də 23 ildi yataqxanada yaşayıram, amma istər jurnalist, istərsə də didərgin kimi kimdənsə ev istəməyə utanıram - əvəzində tam ciddi və qəti şəkildə Laçındakı dədə-baba evlərimizin uçuq divarlarını tələb edirəm...
Nə yazıqlar ki,  "atəşkəs"dən bəri  yalnız yardım, ərzaq, ev, maşın, fəxri ad  və s. davası edən əksəriyyət bəndəniz kimiləri “başdanxarab” sayıb neçə illərdir  “Biz Qarabağdakı dədə-baba evlərimizin uçuq divarlarını istəyirik!”...  şüarıyla keçirdiyimiz aksiyaya qoşulmadığından Bakıda, Moskvada, Parisdə, Vaşinqtonda... Azərbaycan xalqının torpaqlarının azad olunmasını tələb etməsini anlamaq istəmirlər...
Sultan Laçın  

скачать dle 12.1