Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbinin açılışı olub.
APA-nın London bürosunun verdiyi xəbərə görə, açılışda Londonda yaşayan azərbaycanlı Aynur Hüseynova bu təşəbbüslə Britaniya paytaxtında yaşayan azərbaycanlı valideynlərin çıxış etdiyini deyib: “Biz istədik ki, uşaqlarımız vətənlərindən uzaqda yaşamalarına baxmayaraq, ana dillərində öyrənmək, vətəni sevmək, öz tarixləri, mədəniyyətləri ilə yaxından tanış olmaq imkanına sahib olsunlar”.
Qeyd edək ki, 4 yaşından etibarən uşaqlar “Bilik” məktəbinə yazıla biləcək. Dərslər həftənin bazar günləri keçiriləcək. “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.скачать dle 12.1