"Yaxın günlərdə bütün maaş ala bilməyən işçilərin maaşı ödəniləcək".
Bunu "RegionNews.az"a açıqlamasında Masallı rayon mərkəzi xəstəxananın baş həkimin əvəzedicisi Rasim Əzizov deyib.
O bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:
"Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta, biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin".
Qeyd edək ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.скачать dle 12.1