Bakisesi.com xəbər verir ki,iyun ayının 20-sində keçirilən Pentensiar xidmətin rejim rəisi Fikrət Qafarovun qəbuluna gələn məhbus ailəsi olan qadının qəbul zamanı ürəyi gedib.Hətta həmin zaman ətrafdakılar həmin qadının öldüyünü zənn ediblər.Həmin an,xidmətdə fəaliyyət göstərən həkim yaxınlaşsa da,heç bir müdaxilə edə bilməyib.Qadın elə yerdə uzanıqlı vəziyyətdə qalırdı.Ətrafdakıların gəldiyi qənaətə görə,həmin qadının ürəyinin getməsinə səbəb həbsxanada olan doğmasının həbsxanada olan problemləri,Fikrət Qafarovun köməkçisi Anarın vətəndaşlarla kobud şəkildə danışması,Pentensiar xidmətdə rəis Mirsaleh Seyidovun və rejim rəisi Fikrət Qafarovun vətəndaşları şəxsən özünün qəbul etməməsi olub.Həmin vaxt Fikrət Qafarovun köməkçisi Anarın ürəyi gedərək yıxılan qadına məhəl qoymayaraq qəbul otağından çıxıb vətəndaşları 2 kvadratlıq yerdə qəbul etməsi vətəndaşları xeyli heyrətə gətirib.Fikrət Qafarovun köməkçisinin köməkçisi qəbul otağından çıxaraq ’’artistlik edir fikir verməyin’’ deyərək qəhqəhə çəkirdi.Daha sonra rəngi qapqara olan Afrikalılara bənzəyən hündür bir vəzifəli şəxs qəbul otağına doğru gəlir.Kobud şəkildə işçilərə əmr verir ki,heç kimə üz verməyin,camaatın nazı ilə oynamayın deyərək çıxıb gedir.Qəbulun adı Fikrət Qafarovun olsa da, qəbulu Anar adlı köməkçisi icra edib.Vətəndaşları da,qəbula Fikrət Qafarovun köməkçisinin köməkçisi yazıb.Daha sonra qəbula gələn vətəndaşların ürəyi gedərək yerə yıxılan qadının sonrakı aqibətindən xəbəri olmayıb.
Məhbusların ciddi şəkildə problemləri olduğu üçün,hər həftə 100-ə yaxın vətəndaş qəbula gəldiyi deyilir.Qəbul həftədə iki gün- cümə axşamı və cümə günləri aparılır.Cümə axşamı Pentensiar xidmətin rəisi Mirsaleh Seyidovun qəbul günü olsa da,Mirsaleh Seyidov da,vətəndaşları özü qəbul etmir.Onun da, qəbulunu Mirsaleh Seyidovun köməkçisi Vəli Şirinov icra edir.Köməkçilərin də,vətəndaşlarla kobud davrandığı da,mənbə tərəfindən bildirilir.
Gör hansı yerə gəlib çatmışıq ki,Pentensiar xidmətdə köməkçilərin də köməkçisi var deyə mənbə bildirir.Yəqin ki,Pentensiar xidmətdə baş verənlərlə bağlı ölkə başçısına və ədliyyə nazirinə məlumat vermirlər.Ümid edirik ki,Pentensiar xidmətdə baş verənlər araşdırılar və lazımi göstərişlər verilər.