“İntihar sayının karantin məhdudiyyətləri uzandıqca artacağını neçə-neçə alim uzun müddətdir yazırdı. İndi dünyanın hər yerində bu təsdiqlənir”.
Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
“Adi axtarışa verin, görün, nə qədər elmi yazılar və jurnalist reportajları tapırsınız. Bir nəfərin acı taleyi söhbəti çox istiqamətə yönəldə bilər, statistika isə hər şeyi izah edir, çünki öz mahiyyətinə görə bir növ "alın yazısı"dır. Məsələn, karantinli ölkələrin birində təkcə iyul-oktyabr aylarında qadınlar arasında intihar halları 37 faiz, gənclər arasında isə 49 faiz artmışdır, deməli, gənc qadınlar xüsusilə çox mənəvi əziyyət çəkir. Küçədə də maska taxmaq kimi ağılsız qərarlar verən Operativ Qərargahın "qandığı qrafa" yoxdur ki, aylarla toy, şənlik, gülər üz görməyəndə ruh halı zəifləmiş insanlar həm də küçədə xoş insan sifəti əvəzinə tibbi maska, xəstəxana ab-havası görəndə daha da depressiyaya girir, intihara meyillənir. Bu sadə şeyləri qanmaqdan ötrü heç psixoloq olmaq lazım deyil, həyat təcrübəsi yetər. Karantinin öldürücü olduğunu bir çox statistik göstəricilər sübut edir, o cümlədən intiharlar statistikası... Bu təcrübə dərhal rədd edilməlidir”,-deyə siyasətçi əlavə edib.
İlqar Məmmədovdan sərt sözlər: “Operativ Qərargahın “qandığı qrafa“ yoxdur“
23
fevral
10:12

Qarabağ
KOMMENTLƏR
“Azərbaycanda 13 min adamın virusdan öldüyü...” – İlqar Məmmədov
SMS-li icazə istəyirsiz?
İntihar edənlərin sayı koronavirusdan ölənlərin sayından çoxdur
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
Gəray Gəraybəyli: Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəlik müşahidə edilir (ÖZƏL
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər