“Xüsusi karantin rejiminin sərtləşdirildiyi müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-in tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir”.
Bakisesi.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlərlə bağlı da hazırda Operativ Qərargahla danışıqlar gedir:
“Onlar müxtəlif KİV üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-də bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb. Ümid edirik ki, məsələ tezliklə müsbət həllini tapacaqdır”.скачать dle 12.1