"Leqal.info"-ya BNA ilə bağlı əsaslı şikayətlərin daxil olması davam edir.

Bakı Nəqliyyat Agentliyindən şikayətlər bitib-tükənmir. Bir zamandan ümidlər bəslənilən BNA sonrakı dövrlərdə ciddi nailiyyətlər əldə edə bilmədi. Paytaxtın bir neçə marşrut avtobusunu yeniləməklə problemləri həll edəcəyini düşünən adıçəkilən qurum səhvə yol verdiyini sonrakı dövrlərə anladı. Elə bu səbəbdən də ciddi problemlər davam etməkdədir. Elə bu problemlərdən biri də dayanacaqlarda olan yükləmə aparatlarının ya işləməməsi, ya da ümumiyyətlə dayanacaqların hamısında bu aparatların olmamasıdır. Əlbəttə sərnişinlərin rahatlığı birinci növbədə düşünülməli və bütün dayanacaqlarda yükləmə aparatı quraşdırılmalı, işləməyən yükləmə aparatı olmamalıdır. Təəssüflər olsun ki, BNA tərəfindən bu istiqamətdə ciddi addımlar atılmır. Amma hansısa müxbir BNA-nın mətbuat katibi Mais Ağayevə bu istiqamətdə sual verəndə, Mais malalamaqla məşğul olur. İstər jurnalistləri, istərsə də cəmiyyəti aldadır. Onun yarıtmaz fəaliyyətinə görə də, bir çox problemlər həll oluna bilmir. Jurnalistlərlə heç cür münasibət qura bilməyən bu şəxs ancaq bir-iki televiziya kanalının nümayəndəsini - onlar da köhnə iş yoldaşı olublar deyə - dəvət edərək onlara “bəhbəhli” müsahibələr verir. Amma əhali bilir ki, BNA öz işinin lazımı səviyyədə qura bilməyib.
Pandemiya davam etdiyi bir vaxtda avtobuslarda dezenfeksiya vasitələrinin olmaması, oturacaq sayından artıq sərnişin daşınması kimi ciddi məsələlər yaşanmaqdadır. BNA bilməlidir ki, milli məsələlərdə yanlışlığa yol vermək olmaz. Amma qeyd etdiyimiz məqamlarla bağlı BNA-nın mətbuat katibi Mais Ağayevə hansısa jurnalist yaxınlaşıb sual versə (əgər yaxınlaşa bilərsə) elə cavab verəcək ki, guya avtobuslar boş gedib gəlir, yaxud da dezenfeksiya vasitələri məcburi şəkildə sərnişinlərə təqdim olunur. Ay səni, Mais...
Vaxtilə böyük məbləğdə vəsait hesabına dayanacaqlara monitorlar quraşdırıldı ki, avtobus gözləyən sərnişinlər marşrutun çatacağı vaxtı və digər informasiyaları əldə edə bilsinlər. Amma bu gün demək olar ki, həmin monitorların heç biri işləmir. Bu isə cinayətdir. Dövlətin malını bu formada israf etmək olmaz. Düşünürük ki, Mais Ağayevin, yaxud onun müdiri Vüsal Kərimlinin bu məqamlara da arqumentsiz cavabları var. İstənilən halda hər bir dövlət qurumu öz məsuliyyətini dərk etməlidir. Yalan informasiyalarla cəmiyyəti çaşdırmaq olmaz.
Bakı Nəqliyyat Agentliyindən daha bir ŞİKAYƏT
Bakı Nəqliyyat Agentliyindən daha bir ŞİKAYƏT
Bakı Nəqliyyat Agentliyindən daha bir ŞİKAYƏT
Bakı Nəqliyyat Agentliyindən daha bir ŞİKAYƏT
Bakı Nəqliyyat Agentliyindən daha bir ŞİKAYƏT
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!скачать dle 12.1