BakiSesi.com

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq

Tarix:21-07-2020, 17:26 | Oxunub: 268
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.
"BAKI SƏSİ"xəbər verir ki, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq.
Beləliklə, ölkədə ardıcıl 4 gün qeyri-iş günü olacaq. Belə ki, 31 iyul Qurban bayramı, 1-2 avqust şənbə-bazar günü, 3 avqust isə Qurban bayramının istirahət gününə düşməsi ilə bağlı qeyri-iş günü hesab ediləcək.скачать dle 12.1