Bakı Metropolitenində qatarlar arasında interval 2 dəqiqəyə qədər azaldılacaq.
Xəzər TV bildirir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar bu ayın 20-dən metropoliten gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək.
Bəxtiyar Məmmədov deyib ki, ümumiyyətlə, bütün bunlar Bakı Metropoliteni üçün texniki cəhətdən mümkün olan ən optimal hərəkət qrafikdiri. Gur saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May" sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və qırmızı xətlər ''28 May" stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər'' və "Dərnəgül" stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.
Qeyd edək ki, Bakı Metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Ona görə də bu saatlar xüsusi olaraq nəzarətdə saxlanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakı metrosunda qatarlar arasında interval azaldılacaq - VİDEO
14
sentyabr
21:57

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar