"Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Hazırda biz avtomobil və dəmir yolları inşa edirik. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır", - dövlət başçısı bildirib.
İlham Əliyevdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
13
oktyabr
13:30

Qarabağ
KOMMENTLƏR
İlham Əliyev "La Repubblica" qəzetinə müsahibə verdi
Prezidentdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
"Şuşaya getmək üçün Füzuli və Laçın hava limanlarından istifadə etmək mümkün olacaq" - Prezident
"Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik" - Prezident
Füzuli nəqliyyat qovşağına çevriləcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat