BakiSesi.com

Gəncə təhsilində nələr baş verir? - İDDİA

Tarix:16-09-2020, 10:56 | Oxunub: 14
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Hər kəs məlumatlıdır ki, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin yumuşaldılmasından sonra, Azərbaycanda yeni tədris ilinin başlanmasına qərar verildi.

Hətta, bununla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızı təbrik də etdi. Ölkəmizdə belə bir ab-havanın yaşanmasına baxmayaraq, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayev, ibtidai sinif müəlimələrinə “Hər bir şagird sayına görə 100 manatdan pul yığın. Əks halda, həmin məbləği yığa bilməyən sinifləri zirzəmidə dərs keçməyə məcbur edəcəyəm” deyə tapşırıq verir. Bu hələ azmış kimi o, ibtidai sinif müəllimlərini gözümçıxdıya salmaqdan çəkinmir, hansı şagirdin valideyni pul vermirsə, o halda həmin şagirdin bəxti heç də gətirmir. Yəni, direktorun tapşırığı əsasında kitabxanaçı həmin şagirdə kitab vermir və orda-burda danışır ki, “Bu məktəb direktorunun xüsusi tapşırığıdır”.
Adının çəkilməsini istəməyən mənbənin GundemXeber.Az-a verdiyi məlumata görə, Nizami Rzayev direktor işlədiyi ötən illər ərzində keçmiş təhsil idarəsinin müdiri Zakir Hüseynovun tapşırıqlarını da nəzərə almayıb. Yəni, o, sabiq şöbə müdirini açıq-aşkar şəkildə saya salmayıb. Hətta, bir müddət bundan öncə Gəncə şəhərinə yeni təyin olunmuş təhsil şöbəsinin müdüri Anar Qədiməliyevi də saya salmayan bu məktəb direktoru, hal-hazırda şöbə müdirinin gənc kadr olmasından sui-istifadə edir. Əgər bir kimsə məktəb direktoru vəzifəsini daşıyan Nizami Rzayevin ətrafına diqqət yetirərsə, o halda onun təmtaraqlı villalarını, bahalı avtomobillərinin olmasını aşkara çıxara bilər. Sual oluna bilər ki, bu məktəb direktorunun aylıq əmək haqqı nə qədərdir ki, o, bu qədər var-dövləti əldə etməyə nail olub? Nəzərə alsaq ki, Nizami Rzayev rəhbərlik etdiyi 39 saylı məktəbin ibtidai sinif şagirdlərinin hər birindən 100 manat, bundan əlavə məktəbdə süpürgə, pərdə və s. adlar adı altında “haqq-hesab” yığdırır, o halda onun bahalı villaya, bahalı avtomobillərə sahib olmasına təbii baxmaq lazım gələcək. Bax budur, Azərbaycanın təhsil sistemində baş alıb gedən korrupsiya və rüşvətxorluq hallarının varlığı! Görəsən Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevin, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin bu cür əməllərindən xəbəri varmı? Axı, cənab Nazir olduqca gənc və enerjilidir. Yəni, o, bu cür çirkin addımların qarşısını almağa, lazım gəldikdə “cızından çıxan” hər kəsə, o cümlədən direktor Nizami Rzayevə də “dur” demək səlahiyyəti olan vəzifə sahibidir.

Bu yöndə araşdırmamızı davam etdirməyə çalışacağıq.
скачать dle 12.1