BakiSesi.com

“Partimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”

Tarix:16-09-2020, 13:42 | Oxunub: 11
“Partimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”
Türkiyə gözəli Şevval Şahinin keçirdiyi şənlikdə 10 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, o, KİV-ə açıqlamasında iki dəfə test verdiyini, cavabın neqativ çıxdığını qeyd edib. O, sevgilisi Yiğir Marcusun isə virusa qalib gəldiyini vurğulayıb.

“Təşkil etdiyim partidə 10 nəfər virusa yoluxdu. Şişirdiləsi heç nə yoxdur”,- deyə Şahin bildirib.

Model sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə tənqid edilib. Müğənni Demet Akalın və aktrisa Burcu Kıratlı Şevvalı cahil adlandırıb.

“Tanınmış insanlar ictimaiyyətə nümunə olmalıdır. O zaman kənara çəkilsinlər, gözə görünməsinlər. “Sadəcə 10 nəfərdə pozitiv çıxdı”- nə deməkdir? 10 nəfər azdır? Bütün günü maarifləndirirlər ki, hər şeyə diqqət edin! Cahilsiz”- deyə B. Kıratlı söyləyib.
скачать dle 12.1