Xalq artisti Aygün Kazımova illər əvvəl Gəncədə başına gələn hadisədən danışıb. 
MTV telekanalında qonaq olan pop-diva vaxtilə Gəncədə konsert zamanı  Xalq artisti Niyaməddin Musayevin bıçaqlandığını deyib:
"Gəncədə böyük bir konsert vermişdik. O zamanlar cəsarətli bir müğənnin şoularına öyrəşməmişdilər. 1990-cı illərdə orada qadın müğənninin səhnədən düşüb tamaşaçıların yanına getməsi risk idi. Cavanşir Quliyev (bəstəkar) xəbərdarlıq edirdi ki, səhnədən enmə. Hətta Xalq artisti Niyaməddin Musayevin fanatı Gəncədə onu bıçaqlamışdı, bu olmuş hadisədir. Bu səbəbdən hər kəsdə bir qorxu var idi. Cavanşir Quliyev bunu bilirdi və deyirdi ki, Gəncə tamaşaçısı ciddidir, birdən zarafatlarını başa düşməz".
Həmin görüntüləri təqdim edirik:
скачать dle 12.1