Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasına rəhbərlik etməyə başladıqdan sonra bu elm mərkəzində baş verən yeniliklərə də diqqət artıb. R.Mehdiyev də son günlər AMEA-da işgüzarlığı artırıb.
Sentyabrın 25-də Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin iclasını keçib. Gündəlikdə yer alan məsələlərin müzakirəsindən əvvəl R.Mehdiyev prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş görkəmli alimlərə mükafatlar təqdim edib.

AMEA Rəyasət Heyətinin qərarı ilə tibb sahəsi üzrə görkəmli alim-onkoloq, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və AMEA Şərqşünaslıq İnsitututnun direktoru Gövhər Baxşalıyeva AMEA Rəyasət Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.

İclasda daha sonra AMEA Rəyasət Heyətinin strukturunda dəyişikliklər müzakirə edilib, qurumun kadr potensialının, vəzifə və funksiyalarının müəyyənlədirilməsində akademik və kollegial idarəetmə prinsiplərinin, o cümlədən mütərəqqi beynəlxalq təcrübənin əsas götürülməsi vurğulanıb. Qeyd olunan istiqamətdə bir sıra konkret təkliflər səslənib.

1510070830_nwzjztbkzmexndm5zgvjmjfkyw0zdgzodkymtmwzja1.jpg (29 KB)
AMEA Rəyasət Heyətinin nəzdində ictimai əsaslarla Virtual Elektron Fəaliyyət Cəmiyyətinin təsis edilməsi haqqında qərar qəbul edilib. AMEA-nın Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi neftin geokimyası laboratoriyasının Geologiya və Geofizika İnstitutunun tərkibinə verilməsi də qərara alınıb.

AMEA-nın Biofizika İnstitutunun hazırladığı hüceyrə texnologiyalarının inkişaf proqramı da geniş müzakirə edilib. AMEA Rəyasət Heyətinin üzvü, akademik Cəmil Əliyev (görkəmli alim və dövlət xadimi Əziz Əliyevin nəvəsi), AMEA-nın Biofizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Azərbaycan Tibb Universitetinin prorektoru, biologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova proqramın müzakirəsində iştirak ediblər.

Geniş müzakirələrdən sonra AMEA-nın Biofizika İnstitutu tərəfindən hazırlanmış “Hüceyrə texnologiyalarının inkişafı proqramı” təsdiq edilib.


İclasda dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Sonda kadr məsələsinə baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova AMEA-nın Dendrologiya İnstitutunun elmi katibi təyin edilib. AMEA-nın prezidenti elə həmin gün Fizika İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə də tanış olub.

Qeyd edək ki, 3 gün əvvəl Ramiz Mehdiyevin yazıları ilə populyarlaşmış AMEA-nın saytının baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb. N.Qəhrəmanova 25 ildir fəaliyyət göstərən science.az saytına son 11 ildə rəhbərlik edib. N.Qəhrəmanova sosial şəbəkədə yazıb ki, yeni işə başlaması ilə əlaqədar olaraq vəzifəsindən öz ərizəsi ilə çıxıb. Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi vəzifəsinə təyin olunub.
скачать dle 12.1