“Yaşına rəğmən fiziki parametrləri imkan verən hər kəs gərəkli təlimlərdən sonra döyüşlərə qatıla bilər...”
"Tarixi məqam yetişib və biz birləşib düşmənə son sözümüzü deməli, Qarabağı birdəfəlik azad etməli, ermənilərin gözünü elə qırmalıyıq ki, bir daha bizim torpaqlarımıza əl uzatmağa cəsarət etməsinlər...”


“Hesab edirəm ki, artıq ümummilli səfərbərlik elan etməyin də vaxtı çatıb...”

Bu fikri Moderator.az-a açıqlamasında son günlər  ehtiyatda olan hərbçilərin təlim toplanışlarına göndərilməsinə münasibət bildirən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri,  ehtiyatda olan polkovnik  Arif Paşa söyləyib. 
“Vətən - yaşından, o cümlədən siyasi və sosial mövqeyindən, vəzifəsindən, var-dövlətindən  və s. asılı olmayaraq hamımızındır. Odur ki, Azərbaycanda  hər  kəs Vətən müharibəsinə öz bacardığı töhfəni verməyə hazır olmalıdır. Mən hər gün məşq edirəm - müharibəyə  hazırlaşıram. Çünki yaşımın bir az artıq olmasına rəğmən mən də savaşmalıyam, Vətən,  erməni  tapdağındakı o doğma yurd-yuvamız qarşısında öz borcumu yerinə yetirməliyəm... 

Bilirsiz, yaş da nisbi məsələdir. Sağlamlığı, fiziki imkanı olan hər kəs Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda savaşmalıdır.  Və bu, hər kəsin borcudur. Və hər bir vətəndaşın mümkün imkanlarından Vətən naminə, amma qanunlara uyğun şəkildə istıfadə etmək də  müvafiq dövlət, hökumət qurumlarının vəzifəsi və  borcudur... 

Adamlar var ki, 70 yaşı yaşı var, gündə 10 km-dən çox məsafəni qaçır, 200-300 kq ağırlıq qaldırır. İnsan sağlamdırsa, fiziki parametrləri imkan verirsə,  niyə də döyüşməsin? Yəni belə formatlardan qaçmaq lazımdır. Yenə deyirəm, Vətən hamımızındır və onun uğrunda döyüşmək də hər birimizin borcudur...”

Arif Paşa səfərbərliklə bağlı  müvafiq qanunlara dəyişiklik etməyi də təklif edib:  

“Zənnimcə, səfərbərlikdə yaş həddi qoyulmalı, amma müvafiq qanun və qərarlara belə bir bənd də əlavə etmək lazımdır ki, yaşına rəğmən fiziki parametrləri imkan verən hər kəs döyüşlərə qatıla bilər. Təbii ki, gərəkli təlimlərdən sonra... 

Bir sözlə, tarixi məqam yetişib və biz birləşib düşmənə son sözümüzü deməli, Qarabağı birdəfəlik azad etməli, ermənilərin gözünü elə qırmalıyıq ki, bir daha bizim torpaqlarımıza əl uzatmağa cəsarət etməsinlər...”

Sultan Laçın
скачать dle 12.1