BakiSesi.com

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

Tarix:26-09-2020, 14:39 | Oxunub: 42
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun səhhətindəki problemlər məlum oldu.
Unikal.org-un əldə etdiyi məlumata görə, E.Həsənov onurğa sütunu və bağırsağından əməliyyat olunub.
Həmçinin sabiq səfirin qanında ağ qan hüceyrələri olan leykositlərin qırmızı qan hüceyrələri olan eritrositləri üstələdiyi bildirilir.
E.Həsənov ürəyi qidalandıran tac damarlarında daralma və tıxanmalardan da əziyyət çəkir.
Qeyd edək ki, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. 
Sabiq səfir barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.скачать dle 12.1