BakiSesi.com

Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Tarix:26-09-2020, 16:10 | Oxunub: 53
Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39 895 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir.

Ölkədə son sutka ərzində 7965, hazırkı dövrədək isə 1 095 543 test aparılıb.
скачать dle 12.1