BakiSesi.com

Sərhəddən tapança keçirmək istədilər - FOTO

Tarix:26-09-2020, 17:12 | Oxunub: 46
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan"MAN" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. 
Məlumata görə, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, 2 ədəd "iPhone 11" markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində "ПМ49 CAL 177 4,5 mm" yazısı olan 1 ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində "Borner" yazısı olan 7 ədəd qaz balonu, 1 ədəd tapança darağı və üzərində "Borner Premium" yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1