BakiSesi.com

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi

Tarix:22-10-2019, 12:00 | Oxunub: 30 565
Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi
Kanadanın baş naziri Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Milli Seçki Komissiyasından bildiriblər.
Məlumata əsasən, liberallar seçicilərin 33,6 faiz səsini toplayaraq 338 dairədən 158-də qalib gəliblər. Kanadanın Konservativ partiyası 119 dairədə qalib gələ bilib (34,1 faiz). Üçüncü yerdə 33 dairədə (8.7 faiz) qalib gələrək "Kvebek bloku" qərarlaşıb.
Qeyd edək ki, Kanadada ümumilikdə 338 seçiki dairəsi mövcuddur.скачать dle 12.1