Çeçenistan lideri Ramzan Kadırov mayın sonlarından COVID-19-a yoluxduğu və Moskvada müalicə olunduğu barədə iddialara son qoyub...
Bakisesi.com xəbər verir ki, Kadırov antikor testindən keçdiyini və koronavirusa yoluxmadığını açıqlayıb.
O, test nəticəsinin neqativ çıxdığını bildirib.
Qeyd edək ki, Kadırovun bundan öncə sosial mediada paylaşımında koronaya yoluxduğunu təkzib etməməsi iddiaları daha da gücləndirmişdi. O yazmışdı: "Dünyada milyonlarla insan koronavirusa yoluxur, on minlərlə insan ölür, mən insan deyiləm? Xəstələnməyə haqqım yoxdur? Ancaq sağlamam".скачать dle 12.1