BakiSesi.com

Dünən dünyada rekord sayda koronavirusa yoluxma qeydə alındı

Tarix:19-07-2020, 14:51 | Oxunub: 592
Dünən dünyada rekord sayda koronavirusa yoluxma qeydə alındı
Son 24 saat ərzində dünyada 260 min insan koronavirusa yoluxub. Rusiyanın RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, bu rəqəm bir gün əvvəl qeydə alınan rekord göstəricini (238 min) yeniləyib. 
Son sutka ərzində dünyada yeni virusdan ölənlərin sayı isə 7 360 nəfər olub.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 138 milyonu keçib, onlardan 593 mini ölüb. Yoluxma halları daha çox Amerika materikində müşahidə edilib.скачать dle 12.1