Çinin Kabildəki səfiri Van Yu "Taliban"ı Əfqanıstanda yeni hökumət qurulması münasibətilə təbrik edib.
Bu barədə “Taliban” sözçüsü Məhəmməd Naim Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, "Əfqanıstan İslam Əmirliyi"nin xarici işlər naziri Əmir Xan Mutaki Çinin Kabildəki səfiri Van Yu ilə görüşüb. Səfir yeni Əfqanıstan hökumətini təbrik edib. O, ölkəsinin Əfqanıstanla humanitar, iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.
скачать dle 12.1