Rusiyada koronavirus infeksiyasından gündəlik ölüm hallarında ard-arda ən yüksək göstəricilər qeydə alınıb.
Son sutka ərzində ölkədə 984 nəfər vəfat edib. Bir gün əvvəl 973 ölüm faktı qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusdan ölənlərin sayı 219 329 nəfərə çatıb.
Eyni zamanda son sutka ərzində 28 717 nəfər koronavirusa yoluxub. Bu günədək Rusiyada virusa yoluxanların sayı 7,86 milyon nəfəri keçib.
скачать dle 12.1