Suriyanın Türkiyə ilə sərhədyanı bölgəsində yerləşən Ras-el-Ayn şəhərində partlayış baş verib.

Bu barədə məlumatı Suriyanın SANA agentliyi yayıb.

Hadisə nəticəsində azı 4 dinc sakin həlak olub, 5 nəfər isə yaralanıb.

Qeyd olunub ki, ölənlərin 3-ü qadın, 1-i isə yaşlı kişidir. Xəsarət alanların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Eyni gün elə həmin şəhərin mərkəzi bazarında motosikl partladılıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, ətraf tikililərə maddi ziyan dəyib.

Qeyd edək ki, Ras-el-Ayn daxil olmaqla, Suriyanın Türkiyə ilə sərhədyanı bölgəsi müxalifətin nəzarəti altındadır.



скачать dle 12.1