Bərdə rayonunda canavarlar təsərrüfata hücum edib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Yırtıcılar kənd sakini Ziyad Allahverdiyevə məxsus təsərrüfatda olan qoyunları parçalayıb. Onlardan 17-i tələf olub, 30-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin Bərdə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub. Ölmüş heyvanlar basdırılıb, yaralı Heyvanlara isə vaqsin vurulubскачать dle 12.1