Bakıda bıçaqlanma hadisəsi baş verib. "BAKI SƏSİ"nin məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
“Albalılıq” adlanan ərazidəki yaşayıs evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3-saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1