Sumqayıtda polisin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Sumqayıt Mühafizə Polis İdarəsinin əməkdaşı, baş serjant, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu ehtiyatsızlığın qurbanı olub.
Hadisə bu gün şəhərin 40-cı məhəlləsində yerləşən, banklardan birinin Sumqayıt filialının yerləşdiyi inzibati binanın arxa hissəsində baş verib.
R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Binanın arxa hissəsində yerləşən otaqlardan birinə keçən 42 yaşlı polis əməkdaşı xidməti silahı ilə ehtiyatsız davranıb, nəticədə silahdan atəş açılıb.
O, aldığı güllə yarasından vəfat edib.
Araşdırmalar davam edir.

***11:50
Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.
Hazırda məsələ araşdırılır.скачать dle 12.1