Topaz Premyer Liqasının VIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

"Bakisesi.com" Sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm.

- Bu, elə həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nə dəyişdi?

- Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar.

- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?

- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.

- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu?

-  Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq. Hər bir oyuna ciddi yanaşmalıyıq.

- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...

- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdı.скачать dle 12.1